Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovun ” Ruskiy Dom” İncəsənət Mərkəzində 75 yaşı qeyd olunub.
Azərbaycan Musiqi tarixində və pedaqoji fəaliyyətində böyük işlər görmüş Məmmədağa Umudov musiqi əsərlərinin müəllifi olmaqla yanaşı musiqi təhsilinin inkişafında çox yüksək xidmətləri olub. Belə ki, Məmmədağa Umudov onlarla metodiki vəsaitin, dərs vəsaitinin, “Alətşünaslıq”, “Simfonik Orkestr Alətləri”, “Azərbaycan Xalq Çalğı Orkestr Alətləri” adlı dərsliklərin müəllifidir. Tədbirdə AMK-nın müəllim, professor heyəti, AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdləri iştirak edib. Əziz Məmmədağa müəllimə uzun və mənalı ömür arzu edirik.