Martın 17 -də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Şuşa ili”nə həsr olunmuş tədbir kçirilib.
AMK “Şəmsi Qəmər” xorunun (bədii rəhbər – Leyla Zalıyeva) iştirakı ilə, bəstəkar, Əməkdar incəsənət xadimi Cəlal Abbasovun müəllifi olduğu “Düzgülər” kantatası və “Şən bahar” uşaq operası ilk dəfə Azərbaycan dilində təqdim olunub.
Tədbirdə konservatoriyanın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.