Bu gün Çinin Qansu Vilayətinin UNESCO Assosiasıyasının rəhbəri Du Yonqjun, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi ilə görüşdü. Görüşdə Azərbaycan UNESCO Klubları Assosiasiyasının (AZUKA ) rəhbəri Cahangir Hacıyev, AMK-nın rektor müşaviri Riad Quliyev, Qansu UNESCO Assosiasıyasının üzvləri iştirak edib.
Görüşdə AMK-nın rektoru Azərbaycanda musiqinin heç bir zaman tukənməyəcəyi haqqında çox maraqlı deyim söyləyib. Dostluq şəraitində keçən görüşdə AMK-nın rektoru qonaqlara öz bəstəsi olan musiqilərdən ibarət disk albom hədiyyə edib.
Görüş zamanı UNESCO Klubları Assosiasiyalarının əməkdaşlığı çərçivəsində Qansuda yerləşən musiqiyönümlü ali tədris müəssisələriylə qarşılıqlı tələbə mübadiləsi, Milli musiqi festivallarının təşkili və digər qarşılıqlı əməkdaşlıq məqamlarına toxunulan mövzular müzakirə olunub. Sonda Qansu vilayətinin UNESCO Assosiasiyasının rəhbəri Du Yonqjun AMK-nın rektoru Siyavuş Kərimiyə qədim Çin heroqrifləri həkk olunmuş papirus, Qansuda Sarı çayı təmsil edən suvenir və döş nişanı hədiyyə edib. Sonda xatirə şəkilləri çəkilib.