Azərbaycan Milli Konservatoriyasının müəlliməsi ABŞ-da beynəlxalq müsabiqədə birinci oldu.

AMK-nın “Xalq çalğı alətləri” kafedrasının müəlliməsi, qanun ifaçısı Natəvan Həsənova ABŞ-da keçirilən “American Protege International Concerto Competition 2015” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Müsabiqə Nyu-York şəhərindəki “Carnegie Hall”da keçirilib. Bir çox ölkələrdən musiqiçilərin iştirak etdiyi müsabiqədə Natəvan Həsənova ən yüksək performansa görə də mükafatlandırılıb. Qalib olaraq N.Həsənovaya “Best Perfomance Award” diplomu təqdim edilib. Qeyd […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasının nümayəndə heyəti Səmərqənd Beynelxalq Musiqi Fertivalında iştrak edib.

Avqustun 25-dən 30-a qədər Azərbaycan Milli Konservatoriyasından bir qrup musiqiçi-müəllim heyəti Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak edib. Qeyd edək ki, 1997-ci ildən başlayaraq hər iki ildən bir keçirilən festival artıq onuncu dəfədir təşkil olunur. Bu dəfə “Şərq Təranələri” başlığı altında baş tutan Beynəlxalq festival və festival çərçivəsində keçirilən Beynəlxalq konfrans yenə də müxtəlif ölkələrdən […]

Ətraflı >>

“Gəncləşən Muğam”

Azərbaycan şifahi ənənəli professional musiqisinin bir qolu olan muğam sənəti xalqımızın çox böyük ehtiram bəslədiyi jarn olaraq əsrlərdən bəri ifa olunur və yaşayır. Şübhəsiz ki, hər zaman sevilərək ifa olunan və dinlənilən bu janr son dövrdə daha da diqqət mərkəzindədir. XXI əsrdə muğam sənətinin yeni mərhələ yaşması göz önündədir. Televiziya ekranları və radio dalğalarında mütəmadi […]

Ətraflı >>

IV Beynəlxalq muğam müsabiqəsinə start verilib.

Martın 15-də Azərbaycan Milli Konservatoriyasında IV Beynəlxalq muğam müsabiqəsinin açılışı olub. “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər iştirak edirlər. Əvvəlcə instrumental muğam ifaçılığı üzrə püşkatma olub. Sonra iştirakçılar ifalarını təqdim ediblər. Müsabiqənin birinci turunda Azərbaycan təmsilçiləri Mustafa Aşurov (tar) və Tofiq […]

Ətraflı >>