Azərbaycan Milli Konservatoriyasında “Olso” Kamera ansamblının konserti keçirildi. Olso Filarmoniyasının solo qaboy ifaçısı David Friedmann Strunkun bədii rəhbərliyi ilə fəaliyyət göstərən ansambl bir çox ölkələrdə çıxışlar etmiş, bir sıra Festivallarda heyrətamiz ifası ilə dinləyicilərin sevgisini qazanmışdır. Qeyd edək ki, AMK-da keçirilən tədbirdə də ansambl maraqlı musiqi proqramı ilə çıxış etdi. Belə ki, Carl Reinecke, Xəyyam Mirzəzadə, Emil Hartmann və Edvard Griegin əsərləri ifa olundu.