“10 il birlikdə” – yubiley tədbiri

18 dekabr 2025-ci ildə Azərbaycan Milli Konservatoriyasının nümayəndələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yaradılmasının 10 illiyinə həsr olunan “10 il birlikdə” adlı yubiley tədbirində iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivinin (bədii rəhbər və dirijor: […]

Ətraflı >>

Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Ulu Öndərin dünyadan köçməsindən 22 il ötür. O, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin fədakar qurucusu, ölkəmizi dünyanın qabaqcıl dövlətləri ilə bir müstəviyə çıxarmağı bacaran, Azərbaycanın üçrəngli bayrağını ən nüfuzlu ölkələrin bayraqları ilə bir sırada dalğalandıran, yüksək məfkurəli və yenilməz siyasi xadim olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin, […]

Ətraflı >>

Heydər Əliyevin anım günü – AMK kollektivi Fəxri xiyabanda

11 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının kollektivi, ustad sənətkarları, professor-müəllim və tələbə heyəti müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət ediblər. Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin məzarı önünə tər çiçəklər düzərək, onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, mədəniyyət, incəsənət və musiqi sahələrinin […]

Ətraflı >>

“Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda dəyirmi masa və xatirə konserti keçirilib

10 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyası və “Bizi birləşdirən mədəniyyət” ictimai birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda dəyirmi masa və “Onu zaman seçib” adlı xatirə konserti keçirilib. Dəyirmi masada AMK-nın professor-müəllim heyəti və “Bizi birləşdirən mədəniyyət” ictimai birliyinin rəhbərliyi iştirak edib. Rektor […]

Ətraflı >>

AMK-da Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-musiqili gecə

4 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib. AMK-nın Elm, yaradıcılıq və innovasiya işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova giriş sözü ilə çıxış edərək, Bəxtiyar Vahabzadənin milli düşüncə, vətənpərvərlik və humanizm […]

Ətraflı >>