İlham Əliyevə dəstək məqsədilə “ İlhamla İrəli” adlı konsert proqramı

Bu ilki Prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycanın müxtəlif bölgələrində İlham Əliyevə dəstək məqsədilə “ İlhamla İrəli” adlı konsert proqramları keçirilmişdir. Şamaxı, İsmayıllı, Balakən, Zakatala, Göyçay, Şəki, Qəbələdən olan konsert proqramlarında Azərbaycan Milli Konservatoriyasının tələbələrinin muğam ifaları tamaşaçıların böyük marağına səbəb olmuşdur. Silsilə konsertlər 23 sentyabr – 7 oktyabr tarixlərində keçirilmişdir.

Ətraflı >>

Dövlət imtahanları

Azərbaycan Milli Konservatoriyasında imtahan sessiyası 03 iyundan -05 iyul 2013 cü il tarixinə qədər davam edəcək. Dövlət imtahanları aşağıdakı tarixlərdə “Muğam Mərkəzin”-də keçiriləcəkdir. imtahanların gedişatını izləmək istəyənlər üçün giriş azaddır. 25.06.2013 saat 10:00 Xalq çalğı alətləri 27.06.2013 saat 10:00 Xalq çalğı alətləri 28.06.2013 saat 11:00 Solo oxuma (xanəndə) 01.07.2013 saat 11:00 Muğam 02.07.2013 saat 11:00 […]

Ətraflı >>

Milli Konservatoriyanın müəllim heyəti Muğamımızı Luksemburqda tərənnüm etdi.

29 may 2013-cü ildə Azərbaycan Milli Konservatoriyasının müəllim heyəti Luksemburqda kamera orkestri ilə birgə konsert proqramı ilə çıxış etdilər. Konsertdə Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın müəllimi, professor, şöhrət ordenli Mənsum İbrahimov, əməkdar artistlər – Elçin Həşimov, Elnur Əhmədov və maestro – Yalçın Adıgözəlov çıxış etmişlər. Konsertdə Muğamlarımız, xalq mahnılarımız və Azərbaycanın “Sarı Gəlini” səslənib.

Ətraflı >>

Şərqin ilk operası Tacikistanda

Azərbaycan və Tacikistan Respublikalarının Mədəniyyət Nazirlikləri və ölkəmizin buradakı səfirliyinin müştərək layihəsi may ayının 19-da baş tutdu. S.Ayni adına Dövlət Akademik opera və balet teatrının səhnəsində Şərqin ilk operası, Üzeyir Hacıbəyovun Məhəmməd Fizulinin əsəri əsasında yazdığı “Leyli və Məcnun” tacik tamaşaçılarına təqdim edilib.Leyli rolunda xalq artisti Nəzakət Teymurova, Məcnun rolunda xalq artisti Mənsum İbrahimov, Nofəl […]

Ətraflı >>