Mahirə Quliyevanın yaradıcılıq gecəsi

Azərbaycan Milli Konservatoriyasında musiqiçi Mahirə Quliyevanın yaradıcılıq gecəsi keçirildi. Uzun illərdi pedaqoji fəaliyyətlə məşğul olan Mahirə xanım bir sıra Azərbaycan və avropa bəstəkarlarının əsərlərini xalq çalğı alərləri üçün işləmişdir. Geniş fəaliyyətə sahib olan Mahirə xanım bir çox şeirlər yazıb, eləcə də müxtəlif təsviri sənət nümunələri yaratmışdır. Sözügedən tədbirdə də Mahirə Quliyevanın qanun, kamança, fortepiano üçün […]

Ətraflı >>

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq Artisti Arif Babayevin doğum gününə həsr olunmuş gecə keçirilmişdir.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq Artisti, Canlı Korifey, Milli Konservatoriyanın “Muğam” kafedrasının müdiri Arif Babayevin doğum gününə həsr olunmuş gecə keçirilmişdir. Gecədə rektorumuz Siyavuş Kərimi çıxış edərək, Milli Konservatoriyanın bütün heyəti adından Ustad Sənətkarı bir daha təbrik etmişdir!

Ətraflı >>

Sertifikatlar təqdim olundu.

Bu gün Azərbaycan Milli Konservatoriyası ilə Kurmanqazı Adına Qazaxstan Milli Konservatoriyası arasında imzalanmış İkitərəfli Əməkdaşlığa əsasən, Qazaxstan Milli Konservatoriyasından İxtisaslaşma Kurslarına dəvət olunmuş Magistratura pilləsinin 2-ci kurs tələbələrinə Sertifikatlar təqdim olundu.

Ətraflı >>

IV Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərinin H.Əliyev Sarayında təltifetmə mərasimi baş tutdu.

IV Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərinin H.Əliyev Sarayında təltifetmə mərasimi baş tutdu. Qaliblərə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Milli Konservatoriyanın Rektoru, Professor Siyavuş Kərimi və Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadə diplom və pul mükafatlarını təqdim etdilər.

Ətraflı >>