Azərbaycan Milli Konservatoriyasında Musiqi günü qeyd olundu.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü -18 sentyabr Musiqi günüdür. Azərbaycan Milli Konservatoriyasında da Musiqi günü təntənəli şəkildə qeyd olundu. Tədbir yürüşlə başladı. Burada milli nəfəs və zərb alətlərinin ifasında Ü.Hacıbəylinin “Koroğlu operasından “Çənlibel” xoru səsləndirildi. Sonra isə tədbirdə iştirak bir sıra qonaqlar çıxış etdi. Həmçinin Mədəniyyət və Turizm nazirinin müavini Ədalər Vəliyev çıxış edərək […]

Ətraflı >>

Tələbə xorunun konserti

Azərbaycan Milli Konservatoriyasında Tələbə xorunun konserti keçirildi. Xormeyster Təranə Yusifovanın dirijorluğu və Solmaz Həyatovanın konsertmeysterliyi ilə olduqca maraqlı konsert proqramı təqdim olundu.Qeyd edək ki, iki hissədən ibarət konsertin I hissəsində xorun ifasında bir sıra musiqi nömrələri səsləndirildi. Proqramda həm Azərbaycan, həm də Avropa bəstəkarlarının əsərləri ifa olundu. Xatırladaq ki, artıq bir neçə gündür Norveçdən olan […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasında elmi müzakirə keçirildi.

Azərbaycan Milli Konservatoriyasında Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasında milli musiqi alətimiz olan tarın təkmilləşdirilməsi ilə bağlı elmi müzakirə keçirildi. Laboratoriyanın müdiri Məmmədəli Məmmədov üzərində çalışdığı yeni tarın standart ölçülərinin təqdim edərək toplaşanlara ətraflı məlumat verdi.

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasnın tələbələri Dövlət Teatr Muzeyində

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. AMK-nın tələbələri də həmin tədbirdə fəal iştirak edib. “Söz nəbzidir, aynasıdır zəmanənin” mövzusunda baş tutan tədbirdə Bəxtiyar Vahabzadənin yaradıcılığından söhbət açılaraq şairin şeirləri söylənilib. Bundan əlavə B.Vahabzadənin sözlərinə bəstələnmiş bir sıra mahnılar səsləndirilib. AMK-nın tələbələrinin ifasında səslənən […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında Respublikanın Xalq artisti, AMK-nın dosenti Aygün Bayramovanın solo konserti keçirildi.

Azərbaycan Milli Konservatoriyasında Respublikanın Xalq artisti, AMK-nın dosenti Aygün Bayramovanın solo konserti keçirildi. Konsertdə bir sıra xalq və bəstəkar mahnıları ifa olundu. A.Bayramovanı Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), eləcə də Coğun Sadıxov (balaban), Sənan Əliyev (bas tar), Bayraməli Əliyev (bas kamança), Aytac Vəzirova (qanun) və Qalib Həşimov (ud) müşayət […]

Ətraflı >>