AMK son günlər cəbhədə yaranan vəziyyətlə əlaqədar olaraq Milli Orduya dəstək aksiyası keçirildi.

Azərbaycan Milli Konservatoriyasında son günlər cəbhədə yaranan vəziyyətlə əlaqədar olaraq Milli Orduya dəstək aksiyası keçirildi. Aksiyada AMK-nın professor-müəllim, tələbə heyəti iştirak edirdi. Toplantı Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. İlk olaraq şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək son günlər cəbhədə yaranan vəziyyətlə […]

Ətraflı >>

Azərbaycan Milli Konservatpriyasında Fərəməz Gərmrudinin konserti

Azərbaycan Milli Konservatoriyasında həmyerlimiz Fərəməz Gərmrudinin 60 illik yubileyi ilə bağlı konsert keçirildi. Xatırladaq ki, F.Gərmrudi çoxşaxəli fəaliyyəti olan musiqi olaraq dünyanın müxtəlif ölkələrində, həmçinin Azərbaycanda da fəaliyyət göstərir. O, bir çox musiqi inciləri – təsnif, dəraməd, rəng, habelə mahnılar bəstələyərək musiqi xəzinəmizi daha da zənginləşdirmişdir. Bu mənada F.Gərmrudi fəaliyyəti sırasında musiqi əsərləri bəstələməklə və […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında Braziliya Milli Konqresi Federal Senatının komitə sədri ilə görüş

Braziliya Milli Konqresi Federal Senatının elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke AMK-nın qonağı oldu. Xatırladaq ki, mart ayının 3-6-sı arası cənab K.Buarke Azərbaycana səfər etmişdir. O, səfər çərçivəsində müxtəlif mədəniyyət mərkəzlərində qonaq olmuşdur. Qeyd edək ki K.Buartkenin baş çəkdiyi müəssisələr sırasında təhsil ocağı yalnız Azərbaycan Milli […]

Ətraflı >>

Martynas Levickisin konserti

Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq müsabiqələr laureatı, beynəlxalq Akkordeonistlər Konfederasiyasının Dünya Kubokunun qalibi, virtuoz akkordeon ifaçısı Martynas Levickisin konserti keçirildi. İfaçı müxtəlif bəstəkarların əsərlərinə müraciət edərək maraqlı proqramla çıxış etdi. Belə ki, Martynas Levickisin ifasında səslənən A.Vivaldi, N.Paqanini, A.Piozolla, C.Rossini, Motsart və s. bəstəkarların əsərləri böyük maraqla qarşılandı.

Ətraflı >>

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert

Azərbaycan Milli Konservatoriyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert baş tutdu. Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı və yaradıcı tələbələri 31-dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsertə baxmaq üçün AMK-ya topladı. Təhsil Nazirliyinin təşəbbüsü və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə […]

Ətraflı >>