Şəhid məzun Toğrul Hacıyevin xatirəsinə həsr olunmuş film AMK-da təqdim olunub

17 fevral 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında Konservatoriyanın məzunu, şəhid Toğrul Hacıyevin mövluduna həsr olunmuş “Tar səsində Vətən eşqi” sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan […]

Ətraflı >>

AMK-da “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı keçirilib

17 fevral 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov konsert zalında Azərbaycan Milli Konservatoriyası və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə təşkilatçılığı ilə “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Milli Konservatoriyası və ADA Universitetinin rəhbərliyi və nümayəndələri, elm və sənət ictimaiyyətinin tanınmış simaları iştirak ediblər. Mərasim “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinə həsr […]

Ətraflı >>

“Nəsillərin dialoqu” layihəsinin ikinci konsert proqramı təqdim olunub

14 fevral 2026-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Milli Konservatoriyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan “Nəsillərin dialoqu” adlı silsilənin ikinci konsert proqramı baş tutub. Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə giriş sözü ilə […]

Ətraflı >>

AMK-nın müəllimi Mahir Tağızadə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2026-cı il tarixli 911 nömrəli Sərəncamına əsasən Azərbaycan Milli Konservatoriyasının vokal ixtisası üzrə müəllimi Tağızadə Mahir Tahir oğlu “Gənclər üçün Prezident Mükafatı”na layiq görülmüşdür. Azərbaycan Milli Konservatoriyasının kollektivi adından Mahir Tağızadəni təbrik edir, ona gələcək yaradıcılıq və pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!

Ətraflı >>