Görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Noyabrın 6-da Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.   Konfrans AMK Tələbə elmi cəmiyyətinin təşəbbüsü ilə reallaşıb.   Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.   Əvvəlcə görkəmli bəstəkara həsr edilmiş videoçarx nümayiş olunub. Videoçarxda dahi […]

Ətraflı >>

AMK-nın tələbəsi Erasmus+ proqramında

21-31 oktyabr tarixlərində Türkiyənin Trabzon şəhərində Avropa Komissiyasının Erasmus+ (“Tolerance will win”) proqramı çərçivəsində keçirilən təlimlərdə Azərbaycan Milli Konservatoriyasının (AMK) 3-cü kurs tələbəsi (Milli vokal) Riad Cəbrayılov “İrəli” İctimai Birliyinin 8 nəfərlik gənclərdən ibarət heyətində yer alıb.   Heyətdə əsas musiqiçi üzv olaraq iştirak edən Riad Cəbrayılov Erasmus+ proqramının hazırladığı müxtəlif tədbirlərdə iştirak edib.   […]

Ətraflı >>

Əməkdar İncəsənət Xadimi Məmmədağa Kərimovun 70 illik yubileyi qeyd edilib

Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli tar ifaçısı, Əməkdar incəsənət xadimi, konservatoriyanın professoru Məmmədağa Kərimovun 70 illik yubileyi qeyd edilib.   Tədbir Məmmədağa Kərimovun həyat və yaradıcılığı haqqında geniş məlumatın təqdimatı ilə başlayıb.   Yubiley gecəsində AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək görkəmli tar ifaçısı Məmmədağa Kərimovun pedaqoji fəaliyyətindən və tar ifaçılığı […]

Ətraflı >>

İxtisaslaşma kursu keçən əcnəbi tələbələrə sertifikatlar təqdim edilib

Oktyabrın  16-da Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi Konservatoriyada magistratura səviyyəsi üzrə ixtisaslaşma kursu keçən əcnəbi tələbələrə sertifikatlar təqdim edib.   7  – 17 oktyabr tarixlərində AMK-da ixtisaslaşma kursu keçən Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının (Казахская Национальная Консерватория имени Курмангазы) 12 nəfərdən ibarət tələbə heyətinə yekun kurs sertifikatları verilib.   Görüşdə, həmçinin […]

Ətraflı >>

Konservatoriyada “Xalq Mahnıları Festivalı” baş tutub

Oktyabrın 10-da Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zalında Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının layihəsi olan “Xalq Mahnıları Festivalı” çərçivəsində növbəti konsert keçirilib.   Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Mədəniyyət kanalının direktoru, Əməkdar artist Ramil Qasımov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Murad Hüseynov, Konservatoriyanın professor-müəllim heyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.   Tədbirdə […]

Ətraflı >>