AMK-nın professoru Fəxrəddin Kərimov Tbilisidə “Paqliacci” operasına dirijorluq edib

Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov 23–28 fevral 2026-cı il tarixində Zaxari Paliaşvili adına Tbilisi Opera və Balet Teatrında Rucero Leonkavallonun “Paqliacci” (“Məzhəkəçilər”) operasına dirijorluq etmək üçün dəvət alaraq Gürcüstan Respublikasına səfər edib. “Paqliacci” (“Məzhəkəçilər”) operasının premyera tamaşasında Gürcüstan Respublikasının mədəniyyət naziri Tinatin Ruxadze və prezident Mixeil Kavelaşvilinin həyat […]

Ətraflı >>

AMK-da İzali Zemtsovskinin 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

2026-cı il 25 fevral tarixində Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə “Ənənəvi musiqi mədəniyyəti İzali Zemtsovskinin elmi konsepsiyası işığında” mövzusunda elmi konfrans keçirildi. Elmi konfrans dünya musiqi elminin aparıcı nümayəndələrindən biri, görkəmli etnomusiqişünas alim İzali İosifoviç Zemtsovskinin 90 illiyinə həsr olunmuşdu. İ.İ. Zemtsovski rus-amerika etnomusiqişünası, sənətşünaslıq doktoru, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, Stanford Universitetinin (ABŞ) professorudur. […]

Ətraflı >>

AMK tələbələri “Xocalı: səhnələşən yaddaş” ədəbi-bədii tədbirində iştirak ediblər

26 fevral 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının tələbələri Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Böyük Qayıdış Gənclər Təşkilatının təşkilatçılığı, eləcə də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının tərəfdaşlığı ilə baş tutan “Xocalı: səhnələşən yaddaş” adlı ədəbi-bədii tədbirdə iştirak ediblər. Konsert proqramı çərçivəsində Anar Həmidli, Lalə Əhmədova, Hüseyn Nağıyev, […]

Ətraflı >>

21 fevral Beynəlxalq Ana Dili Günüdür

21 fevral Beynəlxalq Ana Dili Günüdür. Bu gün dünyanın müxtəlif xalqlarının dil və mədəni irsinin qorunması, dil müxtəlifliyinin təşviqi və ana dilinə hörmətin artırılması məqsədilə qeyd olunur. Beynəlxalq Ana Dili Günü dilin milli kimliyin formalaşmasında, mədəni yaddaşın qorunmasında və cəmiyyətin inkişafında mühüm rol oynadığını bir daha xatırladır. Bu əlamətdar gün ana dilinə hörmətin, milli-mənəvi dəyərlərin […]

Ətraflı >>

AMK-nın iştirakı ilə YAP Yasamal rayon təşkilatının 33 illiyinə həsr olunmuş tədbir baş tutub

Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaradılmasının 33 illiyinə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: Xalqın iradəsinə söykənən siyasi etimad ünvanı” adlı tədbirdə iştirak ediblər. Tədbirin rəsmi hissəsində AMK-nın tədris məsələləri üzrə prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nizami Əsədov YAP Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın və rayonun […]

Ətraflı >>