İyunun 22-də Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Cahangir Cahangirovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans (online) keçirilib.

 

Konfransda AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi Lalə Hüseynova və ali məktəbin professor-müəllim heyyəti iştirak ediblər.

 

Rektor Siyavuş Kərimi konfransda “Ön söz’ söyləyib.

İştirakçıları salamlayan rektor, C. Cahangirov yaradıcılığına xüsusi maraq və sevgisindən danışıb. “1940-cı illər Azərbaycandakı musiqi yaradıcılığı mənim üçün hər zaman böyük maraq kəsb etmişdir və C. Cahangirov musiqisi bu maraq içərisində xüsusi yerə sahibdir. Onun əsərləri daim səslənir, eşidilir və əbədi yaşardır. Biz bəstəkarı daha dərindən tanımalı, onun musiqisini yüksək səviyyədə araşdırmalıyıq. Hesab edirəm ki, C. Cahangirov yaradıcılığının daha böyük diqqət və tətqiqata ehtiyacı vardır” deyə Xalq artisti bidlirib.

 

Daha sonra professor Lalə Hüseynova “C.Cahangirov yaradıcılığında Cənub səhifələri” mövzusunda çıxış edib. Professor, bəstəkarın 1941-46-cı illərdə Təbriz şəhərdindəki yaradıcılıq fəaliyyətindən danışıb. Onun buradakı geniş yaradıcı fəaliyyəti, xor və digər musiqiçi qruplarla apardığı işlərdən söhbət açıb. Xüsusilə C. Cahangirov tərəfindən Təbirzdə yazılmış “Demokratik Azərbaycanın himni” əsəri haqqında geniş məlumat verib, əsərin bir hissəsini ifa edərək konfrans ştirakçılarının diqqətinə çatdırıb. L. Hüseynova da C. Cahangirov kimi böyük bəstəkarın yaradıcılığının geniş tətqiqata ehtiyacı olduğunu vurğulayıb və Milli Konservatoriyanın bu məsələ ilə bağlı ciddi araşdırma aparacağına söz verib.

 

AMK-nın bir neçə professor-müəllimlərinin müxtəlif mövzularda çıxışları da konfransda yer alıb;

 

  1. İradə Hüseynova (Sənətşünaslıq üzrə fəlsəfə doktoru)
    “C. Cahangirov yaradıcılığının Azərbaycan musiqi sənətində yeri və rolu”
  2. Fəttah Xalıqzadə (Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor)
    “C. Cahangirov Üzeyir Hacıbəyli ənənələrinin davamçısı kimi”
  3. Leyla Quliyeva (Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent)
    “C. Cahangirovun opera yaradıcılığına baxış”
  4. Akif Quliyev (Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor)
    “C. Cahangirovun mahnı yaradıcılığının xüsusiyyətləri”
  5. Leyla Zalıyeva (Dosent)
    “Azərbaycan xor sənətinin inkişafında C. Cahangirovun rolu”
  6. Telman Qəniyev (Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent)
    “C. Cahangirovun Füzuli kantatasıda harmonik faktura sistemi haqqında”