Oktyabrın 12-də Azərbaycan Milli Konservatoriyasının (AMK) ‘Bakı zalı’nda dahi müğənni və musiqi xadimi, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Konfransda AMK-nın rektoru, professor Siyavuş Kərimi, Tədris işləri üzrə prorektor, professor Malik Quliyev, Elmi işlər üzrə prorektor, professor Lalə Hüseynova, həmçinin konservatoriyanın müəllim və tələbə heyəti iştirak ediblər.

 

Professor Lalə Hüseynova ilk olaraq Bülbül haqqında qısa məlumat verərək konfransı açıq elan edib.

 

Daha sonra AMK-nın Milli vokal kafedrasının dosenti, Əməkdar artist Anar Şuşalı, “Milli musiqinin tədqiqi” elmi təqiqat laboratoriyasının kiçik elmi işçisi Fərdin Məmmədli və I kurs magistr tələbəsi Nərmin Primova, Bülbülün Milli vokal sənətində rolu, elmi-təşkilati fəaliyyəti və XX əsr Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu mövzusunda məruzə ilə çıxış ediblər.

 

Konfransda eyni zamanda Anar Şuşalı və AMK-nın tələbələri Bülbülün ifasında dinlədiyimiz romansları, xalq mahnılarını səsləndirilib.

 

Konfrans professor Lalə Hüseynova və rektor Siyavuş Kəriminin çıxışı ilə başa çatıb.