Azərbaycan ərazisinə daxil olarkən əcnəbi tələbələr qalacağı yaşayış sahəsi üzrə qeydiyyatdan keçməlidir. Bu məqsədlə, tələbənin özü və ya yaşayış sahəsinin (mənzil, otel) rəhbərliyi aşağıdakı sənədləri www.migration.gov.az saytı, yaxud qeydiyyat@migration.gov.az elektron poçtu vasitəsilə təqdim etməlidir.
– Tələbənin pasportunun surəti
– Doldurulmuş ərizə forması
Dövləd Miqrasiya Xidməti veb səhifəsi
Vahid miqrasiya məlumat sistemi ərizəçini yaşayış sahəsi üzrə qeydiyyata alır və bir iş günü ərzində bu barədə məlumatlandırır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı aşağıda göstərilən müddətlər ərzində etibarlıdır.
– viza ilə gələn şəxs üçün – vizada göstərilən ölkədə qalma müddəti;
– viza tələb olunmayan qaydada gələn şəxs üçün – 90 gün
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yaşamaq üçün qeydiyyatdan keçməsinə heç bir dövlət rüsumu tələb olunmur.
Tələbə qaldığı yeri dəyişərsə, yuxarıda göstərilən qaydada yeni yaşayış sahəsi üzrə qeydiyyatdan keçməlidir.