3 dekabr 2025 ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində (BMM)
UNESCO Baş Konfransının 2023-cü ildə (7-22 noyabr) Parisdə keçirilən 42-ci sessiyasında 17 oktyabr tarixi Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü elan edilməsi münasibətilə dəyirmi masa keçirilib.
Tədbirin açılışında Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Fərid Cəfərovla yanaşı, Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadənin çıxışı dinlənilib.
Tədbir iki panel üzrə – “Azərbaycanın qeyri-maddi mədəni irsinə köklü baxış: regionlarımız ənənələrimizin beşiyi kimi” və 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərimizin 5 illiyinə həsr olunan “Qarabağ və Şərqi Zəngəzurun qeyri-maddi mədəni irsi” başlıqları üzrə davam edib.
Panellərdə müvafiq qurumların nümayəndələri, sahə üzrə ekspertlərlə yanaşı AMK-nın Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi-təcrübi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədov və Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin mütəxəssisi, TEC sədri Zeynəb Bağırın çıxışları yer alıb.
Müzakirələr zamanı müvafiq sahə üzrə tövsiyə sənədinin hazırlanması ilə bağlı təkliflər irəli sürülüb.
AMK-nın tələbələri, TGT üzvləri Nəzrin Cəfərova və Murad Həmidli isə tədbirin təşkilatçılığında iştirak ediblər.






