Azərbaycan Mİlli Konservatoriyası –
Rektor xalq artisti Siyavuş Kərimi 70 yaşın astanasında.

Azərbaycan Milli Konservatoriyası
yarandığı gündən milli ənənələrimizi,milli irsimizi,milli mədəniyyətimizi qoruyan inkişaf etdirən musiqi məbədidir. Yarandığı gündən bu missiyanı özündə layiqincə daşıyır.Söhbət artıq 24 ildir fəaliyyət göstərən təhsil ocağından gedir. Onun yaranma tarixini yada salsaq Azərbaycan mədəniyyətinin dirçəlməsi və gələcəyi üçün çox böyük nailiyyətlərə imza atan,Azərbaycanın bu gününü öz uzaqgörən siyasəti ilə ta o zamanlardan duyub dərk edən Ulu Öndər Heydər Əliyevin 2000 ci il 13 iyunda imzaladığı fərman nəticəsində Azərbaycan Mİlli Konservatoriyası yarandı və öz çətin şərəfli fəaliyyətinə ilk addımlarını atdı.
Ulu Öndər Heydər Əliyevin etimad etdiyi o dövrdə artıq yetərincə tanınmış yenilikçi, gözəl bəstəkar Siyavuş Kərimini rektor təyin etdiyi gündən Azərbaycan Mİlli Konservatoriyasının təməli qoyuldu .
Musiqi kolleci və İncəsənət Gimnazıyası Azərbaycan Milli Konservatoriyasının tərkibinə keçirildi.
Ulu Öndər Ümumilli Lİder Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Milli Konservatoriyasının daimi binası olmasa da çox böyük əzmlə işinə davam edirdi.
Rektor,xalq artisti Siyavuş Kərimi bütün çətinliklərə baxmayaraq Azərbaycan mədəniyyətinə töhvə olan Milli Konservatoriyanı böyük sevgiylə yaşadırdı.Azərbaycan Prezidenti İlham Əliyevin 2006 cı ildə AMK Kompleksinin tukintisinə dair qərar imzalayır və işə başlanılır.2012 ci ldə Azərbaycan Milli Konservatoriyasının binasının tikilməsinə maliyyə vəsaiti ayrılması barədə sərəncam imzalayır, və nəhayət 2014 cü il fevralın 13 də AMK-nın indiki gözəl möhtəşəm bunası hazır olur.AMK ailəsinin heç zaman unutmayacağı bu gündə, binanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edir.Tədrsin yuksək səviyyədə keçirilməsi təmin olunmuş yeni binada yaradılmış muzey, kitabxana sinif otaqları konsert zalları ilə tanş olurlar. Milli Konservatoriyanın müəllim,professor və mədəniyyət xadimləri ilə sənətkarlarla görüşürlər. Bunanin açılışı münasibəti ilə rektor xalq artisti Siyavuş Kərimini və mədəniyyət xadimlərini,müəllim və sənətkarları təbrik edirlər.

24 ildir fəaliyyət göstərən sənət ocağını, O gündən bu günə qədər bu missiyanın öhdəsindən layiqincə gələn Azərbaycan Respublikasının xalq artisti Siyavuş Kərimi sanki bir musiqi təhsil ocağı deyil bir məbəd, bir mədəniyyət ocağı edə bildi. Azərbaycan Milli Konservatoryasının ənənələri və prinsipləri : Azərbaycan Milli Konservatoriyasının nəzdində tələbələrdən
ibarət xor və xalq çalğı orkestrləri fəaliyyət göstərir.AMK nın sabahları çox maraqlı olur.Tələbələr səhər saatlarında foyelərdə məşqlər edirlər.Xalq artisti Siyavuş Kərimi və onun idarə heyəti prorektorlar,kafedra mudirləri,ümumiyyətlə rəhbərlik hər səhər tələbələrin məşq prosesini izləyir.
Rektor tələbələrlə görüşür, elə yerindəcə fikir mübadiləsi aparır. Bu xor və orkestrlər demək olar ki Azərbaycanda keçirilən
beynəlxalq tədbirlərdə,Azərbaycan Respublikasının xusisi bayramlarında iştirak edirlər.Azərbaycanda fəaliyyət göstərən müxtəlif dövlətlərin səfirliklərində tədbirlərə dəvət alırlar.Respublika günərində yaxından iştirak edirlər.Onların konsert fəaliyyətinin təməli elə tələbəlik illərindən qoyulur.
Azərbaycan Mİlli Konservatoriyasında Azərbaycan mədıniyyətinin çox taninmiş simaları dərs deyir.Burada tələbələr sənətkarlardan,musiqi sahəsinin xiridarlarından dərs alirlar.
Tələbələrin hərtərəfli inkişafı üçün universitetimizdə elmi konfranslar,Musiqi saatları keçirilir.Musiqi saatları universitetin ənənələrindən biridir.Rektor Siyavuş Kəriminin təşəbbusi ilə yaradılmış Musiqi saatları Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən hər həftə yerinə yetirilir.
Burada müxtəlif kurslardan öz istedadlarını nümayiş etdirmək istəyən tələbələr müraciət edir.Bu da onların öz sahələrini inkişaf etdiirməyə böyük zəmin yaradlr.AMK da artıq neçə ildir ki “Xalq çalğı Alətləri” Festivalı keçirilir.Hər həftəsi bir musiqi alətini təmsil edən yüksək səviyyədə keçirilən festivala çoxlu iştirakçilar qatılır . Mədəniyyət Kanalı tərəfindən canlı olaraq izlənilir və böyük əks sədaya səbəb olur.
AMK da musiqi günləri ölməz sənətkarlarımızın yubileyləri,xatirə günləri, ədəbi görüşləri keçirilir.
Əlamətdar günlər qeyd olunur,konsertlər keçirilir,beynəlxalq elmi praktiki konfranslar təşkil olunur.
AMK da fəaliyyət göstərən kafedralar hər il iki dəfə hesabat konsertləri,festivallar,müsabiqələr təşkil edirlər,Müsabiqələr nəzəriyyəçilər,müsiqişünas tələbələr üçün də keçirilir.
AMK hər şeydən öncə hər gün həyat qaynayan bir universitet olmaqla yanaşı sənətkarlar və öz işinin biliciləri ilə əhatə olunmuş bir təhsil ocağıdır.Qeyd etməliyəm ki Azərbaycan Milli Konservatoriyası Türk dövlətləri arasında bir çox türk dövlətlərinin Milli Konservatoriyaları ilə memorandumlara imza atıb.Bir çox Universitetlərdən Milli Konservatoriyaya təcrübə üçün tələbələr gəlir.Son günlərdə Kurmanqazı adına Kazağıstanın Milli Konservatoriyasının bir qrup tələbəsi AMK da təcrübə keçdi.Rektor Siyavuş Kərimi digər Universitetlərin rektorları və ordan gələn tələbələrə qarşı qayğıkeş münasibət bəsləyir.
Memorandumlar öz mədəniyyət ocaqları və universitetlər arasında da bağlanıılr Bir çoxlarının içində yenə də bir misal Naxşıvan Dövlət Universitetini gətirə bilərəm .AMK nın professor heyəti,sənətkarları Naxçıvan Dövlət Universitetində ustad dərsləri təşkil edirlər.Hətta musiqi təhsilində bəzi proqramlarını belə onlardan əsirgəmirlər.
Uzun illərdən sonra qürur yerimiz olan müqəddəs torpağımız Xankəndidə fəaliyyətə başlayan Qarabaq Universitetinə AMK nın bir neçə əməkdaşı getmiş və orda iş fəalıyyətinə başlamışdır.Bu da AMK ailəsi üçün böyük iftixar və sevinc hissi aşılayır.
Azərbaycan Milli Konservatoriyasının reallığı,prinsipləri və ənənələri sonsuzdur.Əvvəla başlıca məqsəd Azərbaycan mİlli musiqisini,muğamı,milli musiqi alətlərimizin qorunması,AMK da fəaliyyət göstərən milli musiqi alətləri labarotiyası,muğamı son dərəcə yüksək peşəkarlıqla tədris edən sənətkarlar,öz işinin,peşəsinin incisi olan bir -birindən istedadlı müəllim, professor ordusu bütün bu dediklərimə zəmin yaradır.
Bu sadaladıqlarım Azərbaycan mədəniyyətinə gərəkli bir amildir.Bİzim mənəvi dəyərlərimizdən biri də mən deyərdim ki gərəklilərindın biri olan milli musiqimizdir.
Bayağı musiqilərdən,anlamsız ifaçılardan uzaq olmaq,musiqimizi qorumaq borcumuzdu.Bilirik ki bədxah düşmənlərimiz bizim musiqimizə əl uzadır onu dünyanın hər bir yerində öz adina çıxır.Əlbəttə Azərbaycan musiqisini öz çalarlarında öz gözəlliyində tərənnüm edən bir nəsil yetişdirilməlidir.Hansı ki Azərbaycan Milli Konservatoriyasının başlıca prinsipi elə bundan ibarətdir.
Məni bu yazını yazmağa vadar edən bir başqa məqam var.Düşünürəm ki, bu sayaq nailiyyətlər nə dərəcədə təqdirəlayiqdir.Bir işin öhdəsindən yalnız bu cür gözəl incəliklə gəlmək mümkündürmü?
Bəli Mümkündür Azərbaycan Milli Konservatoriyası ailəsi bu müqəddəs işdə başı ucadır.
Bu günlərdə Azərbaycan Milli Konservatoriyasının yaradıcısı və butun sadaladıqlarıma nail olan insan.
təkcə Azərbaycan Musiqi təhsilində deyil,Azərbaycan mədəniyyətinə, incəsənətinə gərəkli olan xalq Artisti Siyavuş Kəriminin 70 yaşı tamam olur.
Siyavuş Kərimi Rafiq Babayev ənənəsindən gələn gözəl sənətkarımızdır.Həzin melodiyalar yaradıb,ürəklərə yola tapan sənətkarımızdır.
AMK haqqında mən bir neçə silsilə yazılar yazmışam .Bu yazıları mənə yazmağa vadar edən. Azərbaycan Milli Konservatoriyasının abu-havası burda olan sənətkarlar və ən başlıcası Siyavuş Kərimi ozu olub.Çünki hər gün bir rektorun öz sənət dostlarına,tələbələrə,personala olan diqqət və qayğısı mənə elə gəlir ki danilmaz bir həqiqətdir.
Mən Azərbaycan Milli Konservatoriyası haqqında ümumi mülahizələrimi yazaraq,
mədəniyyətimiz adına Siyavuş Kərimiyə təşəkkür etmək istəyirəm.Çünki nəticədə uzun illərin səyi və gecə-gündüz çalışmaqla öz ətrafına doğru kadrlar toplamaqla o musiqi təhsili üçün Azərbaycan milli irsi, ənənəsi, mədəniyyəti, üçün çox böyük bir töhvə bəxş edə bilib.
70 ilin astanasında olan xalq artisti,Azərbaycan İncəsənəti üçün əvəzedilməz sənətkar,gözəl bəstəkar,şərəf və şöhrət ordeni ilə təltif olunmuş,
bütün bu titullarln fövqündə duran ali insanlığa malik Siyavuş Kərimini təbrik edir,Azərbaycan Milli Konservatoriyasının böyük nəaliyyətlərini davam etdirmək, daha böyük ucalıqlara yol açmağı diləyirəm.
Gözəl bəstəkar xalq artisti Şərəf və Şöhrət ordenli Siyavuş Kərimiyə 70 Yaşın astanasında daima yaradıcılıq uğurları və yenilikləri arzu edirəm.Musiqi mədəniyyətimizi qorumaqda olan Azərbaycan Milli konservatoriyası daha uca məqamlara yetişərək onu daima fərəhləndirsin.

AMK-nın mətbuat katibi
Aysel Fikrət