Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru, sevilən sənətkarımız Arif Babayev vəfat etmişdir.
Azərbaycan Milli Konservatoriyasının kollektivi Xalq artisti Arif Babayevin vəfatı xəbərini böyük kədərlə qarşılayır.
Xalq artisti Arif Babayev Uzun müddət Azərbaycan Milli Konservatoriyasının “Muğam (xanəndə)” kafedrasının müdiri vəzifəsini icra edib.
Azərbaycan muğam sənətinin inkişafında misilsiz xidmətləri olan Arif Babayev milli musiqimizin parlaq simalarından biri kimi tarixə düşüb. Onun zəngin səsi, yüksək sənətkarlığı və pedaqoji fəaliyyəti sayəsində bir çox istedadlı gənclər yetişmiş, milli musiqi irsimiz yeni nəfəs qazanmışdır.
Azərbaycan Milli Konservatoriyasının kollektivi adından mərhumun ailəsinə, yaxınlarına və sənətsevərlərə dərin hüznlə başsağlığı verir, bu böyük itkini səmimi kədər hissi ilə bölüşürük.
O, sənəti və əvəzolunmaz səsi ilə daim yaddaşlarda yaşayacaq.
Allah rəhmət eləsin!