Azərbaycan Milli Konservatoriyasının Rektoru Xalq artisti Siyavuş Kərimi və idarə heyəti öz birinci kurs tələbələrini qarşıladılar. Bu münasibət ilə AMK -nın ənənələrinə sadiq qalaraq qarşılanma mərasimi keçirildi.
İlk olaraq Azərbaycan Milli Konservatoriyasının Rektoru, Xalq artisti Siyavuş Kərimi tələbələri salamladı. Onları yeni tədris ili münasibəti ilə təbrik etdi. Gələcək yaradıcılıq yolunda uğurlar dilədi, Musiqi məbədi sayılan, musiqi ocağında gözəl sənətkarlardan dərs alaraq daha böyük uğurlar əldə edəcəklərini vurğuladı. Ardından
Tədris İşləri üzrə prorektor Malik Quliyev , Elmi işlər üzrə prorektor Əməkdar incəsənət xadimi Lalə Hüseynova, Muğam (xanəndə) kafedrasının müdiri Xalq artisti Mənsum İbrahimov da çıxış etdilər.
Bütün heyət olaraq birinci kurs tələbələrinə uğurlu yol dilədilər.
2000 ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, israrı ilə yaradılmış, rektor Xalq artisti, şərəf və şöhrtət ordenli Siyavuş Kəriminin sadiq yaradıcısı olduğu, musiqi ocağının tələbəsi olmaq da böyük şərəfdir.
Azərbaycan Milli Konservatoriyası 24 illik həyatında uzun və sədaqətli yol keçmiş, neçə -neçə sənətkarların musiqi aləminə atılmağına zəmin yaratmış. Azərbaycanın görkəmli sənətkarlarının, Elm xadimlərinin, Peşəkar müəllim və professor heyətinin özündə cəm edən bir musiqi məbədidir. Qeyd etməliyik ki, Rektor Xalq artisti Siyavuş Kərimi AMK-nın tələbələrinə çox dəyər və önəm verdiyindən Universitetimizdə xosbəxt aura və əminəmanlıq daima hökm sürür.
Yaradıcılıq uğurlarınız bol olsun əziz tələbələr.
Aramıza xoş gəldiniz. AMK ailəsi sizi sevərək salamlayır.