14 fevral 2025-ci il tarixində
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müəllimi, kamança ifaçısı Pərviz Fərhadov, “Vətən” muğam qrupunun üzvləri ilə birlikdə Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kestutis Vaşkeleviçyus və xanımı Akvile Milaşauskayte-Vaşkeleviçienėnin şəxsi dəvəti ilə Litva Respublikasının Dövlət Bərpa Gününün 107-ci ildönümü münasibətilə Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə iştirak edib. Qonaqlar sırasında xarici diplomatlar, dövlət və hökumət nümayəndələri, eləcə də Milli Məclisin deputatları yer alıb. Rəsmi çıxışlardan sonra tədbir konsert proqramı ilə yekunlaşıb.