Azərbaycan Milli Konservatoriyasının kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
12 dekabr 2024-cü il tarixində Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 21-ci ildönümü səbəbilə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, kollektivin tanınmış simaları, xalq artistləri, əməkdar artistlər, professor-müəllim heyətinin nümayəndələri tərəfindən Fəxri xiyabanda Ulu öndərin məzarı ziyarət edilib, məzarüstü abidəsinin önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.