19 yanvar 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib.
Ziyarət zamanı şəhidlərin məzarları üzərinə 20 Yanvar faciəsinin rəmzinə çevrilmiş al qərənfillər düzülüb, onların əziz xatirəsi hörmət və dərin ehtiramla anılıb.