Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakültəsinin kamança ixtisası üzrə 4-cü kurs tələbəsi, görmə məhdudiyyətli, istedadlı tələbə Fatimə İsrafilova Prezident Mükafatına layiq görülüb. Fatimə İsrafilova əlilliyi olan şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qalibi olub. Qeyd etməliyik ki, o, dəfələrlə Almaniya, Türkiyə, İsrail və digər ölkələrdə keçirilən Beynəlxalq müsabiqələrdə iştirak edərək qalib olub.
Azərbaycan Milli Konservatoriyasının kollektivi adından istedadlı, əzmkar tələbəmizi təbrik edir, ona gələcək fəaliyyətində müvəffəqiyyət arzu edirik.