Azərbaycan Milli Konservatoriyasının Bakı zalında Qazaxıstan Kurmanqazı adına Milli konservatoriyasının təcrübəyə gələn tələbələlərinin konserti olub. Konsertdə AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimi, Rektorun müşaviri Riad Quliyev, İnzibati işlər üzrə prorektor Sevil Qasımzadə, Musiqi tarixi və nəzəriyyəsi fakültəsinin dekanı Cəmilə Mirzəyeva, Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Akif Quliyev, Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinin müdiri Rövşanə Kərimova iştirak edib.
Çox maraqlı musiqi alətləri və əsərlər nümayiş olunub. Konsertin sonunda tələbələr Rektor Siyavuş Kərimiyə minnətdarlıq bildirib. Xalq artisti, AMK-nın Rektoru Siyavuş Kərimi Kurmanqazı adına Milli konservatoriya haqqında danışıb. Bizim qardaş xalqlar olmağımızı vurğulayıb, oxşar musiqi əsərlərimizdən bəhs edib, çox istedadlı tələbələri təbrik edib.
Görüşün sonunda onlara təcrübə keçdiklərinə dair Sertifikatlar təqdim edib. Sonunda xatirə şəkilləri çəkilib.