Azərbaycan Milli Konservatoriyasında 2025/2026-cı tədris ilinin payız semestri üzrə qış imtahan sessiyası davam edir.
İmtahan sessiyası 05 yanvar 2026-cı il tarixindən 05 fevral 2026-cı il tarixinədək keçiriləcək.
İmtahan sessiyası çərçivəsində tələbələrin nəzəri bilik və praktik bacarıqlarının qiymətləndirilməsi aparılır.
Bu mühüm akademik mərhələdə Azərbaycan Milli Konservatoriyasının tələbələrinə uğurlu nəticələr, professor-müəllim heyətinə isə tədris və qiymətləndirmə prosesində səmərəli fəaliyyət arzulayırıq.
