İyunun 11-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən təltif olunan Azərbaycan Milli Konservatoriyası (AMK) əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

 

AMK-nın 20 illiyi münasibəti və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə ali təhsil müəssisəsinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib.

 

Tədbirdə Prezdinet İlham Əliyev tərəfindən “Şərəf” ordeninə layiq görülmüş rektor, Xalq artisiti Siyavuş Kərimi və AMK-nın əməkdaşları iştirak ediblər.

 

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev təltifə layiq görülən əməkdaşları yüksək dövlət mükafatlarına layiq görülməsi münasibəti ilə təbrik  edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Daha sonra dövlət təltifləri təqdim olunub.