İyunun 13-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zalında ‘Azərbaycan inciləri uşaqların gözü ilə’ adlı konsert keçirilib.
Konsertdə AMK-nın nəznində fəaliyyət göstərən A. N. Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasının 3 A sinif şagirdləri xüsusi musiqi proqramı ilə çıxış ediblər.
Şagirdlər, Azərbaycan mədəniyyətini, milli musiqilərini yaratdıqları səhnələrlə fərqli şəkildə tamaşaçılara təqdim ediblər. Xüsusilə dahi bəstəkar Üzeyir Hacıbəylinin ‘O olmasın, bu olsun’ musiqili komediyasının şagirdlər tərəfindən ingiliscə təqdimatı böyük maraqla qarşılanıb.
Konsertdə AMK-nın rektoru Siyavuş Kərimi, Gimnaziyanın direktoru Aytən Əhmədova və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Rektor Siyavuş Kərimi konsertin sonunda çıxış edərək şagirdləri təbrik edib və onlara gələcək tədris illərində uğurlar arzulayıb.
Qeyd edək ki, 3 A sinifinin müəllim rəhbəri Təranə Əliyevadır.