Azərbaycan Milli Konservatoriyasının 3 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilib.
Onların arasında Azərbaycan Milli Konservatoriyasının tələbələri Xanımana Məmmədzadə (Dirijorluq ixtisası üzrə I kurs magistratura tələbəsi), Nərmin Vəlizadə (Musiqi müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi),
Elçin Əliyev (Qarmon ifaçılığı üzrə IV kurs tələbəsi) yer alıb.
Təqdimat mərasimində AHİK-in və ATİAHİRK-nın rəhbərləri, Tələbə Həmkarlar İttifaqı komitələrinin sədrləri, eyni zamanda AMK-nın Həmkarlar İttifaqının yeni təyin olunmuş sədri Fərdin Məhəmmədzadə də iştirak edib.
AMK kollektivi adından təqaüd qazanan tələbələrimizi təbrik edirik!