11 iyunda İzmir İşılay Sayğın Güzel Sanatlar lisesinın bir qrup müəllim və şagird heyəti, AMK tərkıbində İncəsənət Gimnaziyasının “Təsviri və tətbiqi sənət şöbəsi” və musiqi şöbələrinin bir qrup müəllimi, AMK tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova, rəssamlıq şöbəsinin müdiri Kəmalə Kərimova ilə birgə Azərbaycan Milli Konservatoriyasında qonaq olub.
Onlar AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi ilə görüşüb. İzmir İşılay Sayğın Güzel Sanatlar Lisesinin şagirdləri Akapella ifalar edib. Görüş çox maraqlı diskussiya ilə davam edib. Qeyd etməliyik ki, İzmir İşılay Sayğın Güzel sanatlar lisesi Azərbaycana AMK tərkibində İncəsnət Gimnaziyasının “Təsviri və tətbiqi sənət şöbəsi” ilə birgə layihə üçün gəlib.
Sonda AMK tərkibində İncəsənət Gimnaziyasının müəllimləri və İzmir İşılay Sayğın və Güzel sanatlar lisesisinin müəllim və tələbə heyəti qarşılıqlı təltifnamələr təqdim ediblər. Görüşün sonunda xatirə şəkilləri çəkilib.