Noyabrın 30-u Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında “Anadolu Türk Mədəniyyətində ‘Bağlama’nın yeri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Konfransda Türkiyyə Respublikası Gaziantep Univeristeti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi Dr. Ali Dağıstanlı məruzə ilə çıxış edib.

Konfransı Giriş sözü ilə AMK-nın Musiqi Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri, professor Akif Quliyev açıq elan edib. Professor, məruzəçi haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib və mövzu ilə bağlı qısa fikirlərini söyləyib.

 

Daha sonra söz Dr. A.Dağıstanlıya verilib. A.Dağıstanlı ilk olaraq konfrans iştirakçılarını salamlayıb və Bağlama musiqi alətinin tarixindən danışb. Bağlama musiqi alətinin Türk Anadolu Musiqisində xüsusi yeri olduğunu diqqətə çatdırn A.Dağıstanlı, alətdə özü ifa edərək onun fərqli qollarını və bağlama üçün yazılmış əsərləri konfrans iştirakçıları qarşısında səsləndirib.

 

Konfransda AMK-nın Elmi işlər üzrə prorektoru Lalə Hüseynova, konservatoriyanın professor-müəllim heyyəti və tələbələr iştirak ediblər.

 

Qeyd edək ki, Dr. Ali Dağıstanlı AMK-nın xüsuss dəvəti ilə Bakıdadır və 3 ay ərzində Azərbaycanın bir çox ali məktəblərində konfrans və konsertlərlə çıxış edəcək.