• Sumqayıt musiqi kolleci
  • Musiqi kolleci
  • İncəsənət gimnaziyası
  • Sumqayıt Musiqi Texnikumunun direktoru: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyevadır.

    Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Texnikumu 1965-ci ildən fəaliyyət göstərir.

    Texnikumun əyani şöbəsində: “Fortepiano”, “Orkestr alətləri”, “Xalq çalğı alətləri”, “Xanəndə”, “Opera və kamera müğənnisi”, “Xor diricorluğu”, “Musiqi nəzəriyyəsi”, “Estrada musiqi sənəti” ixtisasları üzrə.

    Qiyabi şöbədə: “Fortepiono”, “Xalq çalğı alətləri “, “Musiqi nəzəriyyəsi” ixtisasları üzrə “Kiçik mütəxəssis” dərəcəli gənc musiqiçilər hazırlanır.

    Texnikumda fəaliyyət göstərən “Xalq çalğı alətləri orkestri”, “Xor kollektivi”, “Nəfəs və zərb alətləri orkestri”, “Tello xalq çalğı alətləri ansamblı”, “Muğam üçlüyü”, “Müəllimlər ansamblı”, Sumqayıt şəhərinin bütün mədən-kütləvi tədbirlərində iştirak edirlər.

  • «Əməkdar İncəsənət Xadimi» Kazımov Nazim Kazım oğlu

    AMK Tərkibində musiqi kollecinin rəhbəri.

    04 aprel 1950-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1966- ildə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun «Xalq çalğı alətləri» şöbəsinə qəbul olub, 1970-ci ildə həmin texnikumu tar ixtisası üzrə bitirmişdir. Eyni zamanda 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin filoloji fakultəsinə qəbul olub, 1973- ildə həmin Universiteti bitirmişdir.

    1973-1978-ci illərdə Üz.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi fakultəsində (Xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun sinfində) təhsil almışdır.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təyinatı ilə 1970-ci ildə ƏliBayramlı şəhərində musiqi məktəbində tar müəllimi işləmişdir. Konservatoriyada təhsil aldığı illərdə Bakı şəhəri 15 saylı UMMndə müəllim işləmişdir. 1974-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. 1978-1983- illərdə ƏliBayramlı şəhəri UMMndə, 1983-1984- illərdə Bakı şəhəri 25 saylı UMMndə tədris işləri üzrə direktor müavini vəzifəsində, 1984-1992-ci illərdə ƏliBayramlı şəhəri musiqi məktəbinin direktoru vəzifəsində işləmişdir.

    1992-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində Orta ixtisas təhsili İdarəsində aparıcı inspektor, 1993- ildən Ali Orta ixtisas İdarəsində aparıcı mütəxəssis, 1998-1999-cu illərdə Tərbiyə Hərbi hazırlıq idarəsinin rəis müavini, 1999-2001-ci illərdə Ali Orta ixtisas təhsili idarəsində baş mütəxəssis vəzifəsində çalışmışdır. 2001-ci ildən halhazıra qədər Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin direktoru vəzifəsində işləyir.

    1997-ci ildə «Ümumtəhsil məktəblərində muğam nümunələrindən istifadə üzrə işin təşkili» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi adını almışdır.

    1993- ildən Bakı Musiqi Akademiyası Azərbaycan Milli Konservatoriyasının «Xalq çalğı alətləri» kafedrasında müəllim, baş müəllim, dosent, 2006- ilin fevral ayından isə professor vəzifəsində çalışır.

    «Tar ilə fortepiano üçün pyeslər» məcmuəsinin (1999), «Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri» (2000), «Ümumtəhsil məktəblərinin VII sinifləri üçün «Musiqi dərsliyi»nin (2004), metodik tövsiyyələr, proqramlar elmipublisistik məqalələrin müəllifidir. 2007-ci ildə – «Səid Rüstəmov» «Pedaqoji təcrübə», 2008-ci ildə _ «Musiqi Kolleci – 110», 2009-cu ildə “Asəf Zeynallı – 100”, 2015-ci ildə “Adil Gəray Məmmədbəyli” kitablarının müəllifidir.

    Azərbaycan Respublikası Mədəniyyət Təhsil Nazirliklərinin «Fəxri fərman»ları, Təhsil Nazirliyinin «Qabaqçıl təhsil işçisi» döş nişanı ilə təltif olunmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin 2006- il 3 oktyabr tarixli 1715 saylı sərəncamı ilə Azərbaycan Respublikasının «Əməkdar İncəsənət Xadimi» fəxri adı verilib.

    Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 2398 saylı sərəncamı ilə Azərbaycan Respublikasının 2-ci dərəcəli «Əmək ordeni» ilə təltif edilib.

    Azərbaycan Milli Konservatoriyası NƏZDində

    Musiqi Kolleci HAQQINDA ÜMUMİ MƏLUMAT:

    Müəssisənin adı: Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci

    Yarandığı tarix: 1895-ci il

    Müəssisənin tipi: Ortaixtisas musiqi kolleci

    Tabeçiliyi: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında

    Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

    Ünvan: 28 May küçəsi döngə 4

    Telefon: 493 – 55 – 13, 493 – 11 – 19, 493 – 65 – 85, 493 – 62 – 60

    İxtisasların sayı: 2

    İxtisasların adı

    İnstrumental ifaçılıq (alətlər üzrə

    Vokal sənəti (sahələr üzrə)

    Musiqi Kollecində 2 şöbə fəaliyyət göstərir :

    – Əyani şöbə;

    – Qiymətləndirmə və monitirinq şöbəsi

    Musiqi Kollecində 970 tələbə təhsil alır

    Milli təhsil sistemimizdə özünəməxsus şərəfli yer tutan, Üzeyir bəy dühası ilə pərvəriş tapan Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci böyük və mürəkkəb inkişaf yolu keçmişdir. Bu sənət ocağı Azərbaycanda professional musiqi təhsilinin yaranmasında və inkişafında misilsiz rol oynamış, onlarla dünya şöhrətli bəstəkar və ifaçı yetişdirmişdir.

    1895-ci ildə tərəqqipərvər rus ziyalısı Moskva Konservatoriyasının məzunu Antonina Nikolayevna Yermolayeva öz pianoçu bacıları ilə birgə Bakıda ilk şəxsi musiqi məktəbini açır.

    1901-ci lidə məktəbin bazasında daha təkmil-İmperator Rus musiqi cəmiyyətinin Bakı şöbəsinin musiqi sinifləri açıldı və A.N.Yermolayeva onun direktoru təyin olundu. 1916-cı ildə Ü.Hacıbəyov və onun ətrafına toplaşan Azərbaycan ziyalıları A.N.Yermolayevanın şəxsi məktəbinin dövlət orta ixtisas musiqi məktəbinə çevrilməsinə nail oldular.

    1922-ci ildə Xalq Maarif Komissarlığının qərarı ilə Ü.Hacıbəyov məktəbin direktoru təyin edildi. Onun rəhbərliyi dövründə məktəbə milli kadrların cəlb olunması prosesi sürətləndi, xalq musiqi yaradıcılığına maraq xeyli artdı, gələcəyin professional musiqi kadrlarının hazırlanması üçün geniş imkanlar açıldı.

    1922-ci il aprelin 22-də Azərbaycan İncəsənət İdarəsinin o vaxtkı rəhbəri bəstəkar M.Maqomayevin və şəxsən Ü.Hacıbəyovun uzaqgörənliyi və səyi nəticəsində məktəb «Şərq Konservatoriyası» adlanmağa başladı. Zaman keçdikcə məktəbə qəbul olunanların milli tərkibi də dəyişir, azərbaycanlıların sayı artırdı. Məktəbin ilk tələbələrindən Asəf Zeynallı, Səid Rüstəmov, Xurşud Ağayeva, Əşrəf Həsənov və başqaları sonradan məşhur musiqiçilər oldular.

    1953-cü ildə məktəbə onun öz yetirməsi, istedadlı bəstəkar Asəf Zeynallının adı verildi.

    2000-ci ilin iyun ayından Azərbaycan Milli Konservatoriyası təsis edilmiş və kollec Konservatoriyanın tərkibinə verilmişdir.

    Fəaliyyəti dövründə məktəbin yetirmələrindən 9 nəfəri (Q.Qarayev, F.Əmirov, S.Hacıbəyov, A.Məlikov, R.Hacıyev, M.Maqomayev, F.Əhmədova, Z.Xanlarova, L.İmanov) SSRİ xalq artisti, 80-dən çoxu Azərbaycan xalq artisti, 32 nəfər Əməkdar incəsənət xadimi, 100-dən çox Əməkdar artist, 12 nəfər Əməkdar müəllim kimi fəxri adlara layiq görülmüşlər.

    2008-ci, 2009-cu illərdə Musiqi Kollecin 4 tələbəsi Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüşlər və adları Azərbaycanın gənc istedadlarının Qızıl kitabına daxil edilib (Babək Niftəliyev, Güllü Muradova, Abgül Mirzəliyev, Tofiq Məmmədov)

    Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollec “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 oktyabr tarixli 296 nömrəli Qərarına əsasən Musiqi Kollecinin Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olmuşdur.

  •  

    Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Qimnaziyasının direktoru Aytən Əhmədova

    Əhmədova Aytən Nadir qızı 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.1972-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinın fortepiano sinfinə qəbul olunmuşdur.

    1983-cü ildə məktəbi Fərqlənmə attestatı ilə bitirərək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. Təhsil müddətində təhsil ocağının
    ictimai həyatında fəal iştirak edərək konservatoriyanın Komsomol Komitəsinnin müavini olmuşdur.
    1988-ci ildə Konservatoriyanı Fərqlənmə Diplomu ilə bitirərək təyinat üzrə 1991-ci ilə qədər Abşeron rayon Xırdalan Musiqi Məktəbində fortepiano müəllimi kimi çalışmışdır. Təyinat müddəti bitdikdən sonra 1991-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim vəzifəsində işləmişdir.

    2001-ci ildən YAP üzvüdür. 2011-2017-ci illər ərzində Səbail rayon YAP ərazi ilk təşkilatının sədri olmuşdur.

    2011-ci ilin noyabr ayından Bülbül adına orta ixtisas musiqi məktəbində Musiqi İşləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.
    2015-ci il 05 oktyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
    2017-ci il oktyabr ayından AMK nəzdində İncəsənət Gimnaziyasında direktor vəzifəsində çalışır. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Yasamal rayon İcra Hakimiyyəti, Yasamal rayon YAP tərəfindən dəfələrlə
    Təşəkkürnamələrlə təltif olunmuşdur.