26 fevral 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının tələbələri Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Böyük Qayıdış Gənclər Təşkilatının təşkilatçılığı, eləcə də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının tərəfdaşlığı ilə baş tutan “Xocalı: səhnələşən yaddaş” adlı ədəbi-bədii tədbirdə iştirak ediblər.
Konsert proqramı çərçivəsində Anar Həmidli, Lalə Əhmədova, Hüseyn Nağıyev, Cavanşir Rüstəmbəyli, Əli Rüstəmbəyli, Vüqar Nəcəfov, Adəm Zərbəliyev, Aytac Bəybalayeva, Kənan Nizamov, Hüseyn Nağıyev, Kənan Dəva, Həzrət Əzizli və Cavad Məmmədsadıqın ifaları dinlənilib.
Tələbələri AMK-nın konsertmeysterləri Rəhimə Qurbanova və Səbinə Zöhrabzadə müşayiət ediblər. Tədbirə Fatimə Əlizadə aparıcılıq edib.

