Azərbaycan Milli Konservatoriyasının (AMK) II kurs tələbəsi Sevinc Mirzəli (Xalq çalğı alətləri, kamança) mayın 3-ü Bakıda, Rusiyanın “Salut Talantov” layihəsi çərçivəsində keçirilən “Каспийский Бриз” II Beynəlxalq musiqi festivalında 2-ci yerə layiq görülüb.

 

Müsabiqəyə 50-dən çox iştirakçı qatılıb. Təmsilçimiz, Azərbaycanın görkəmli bəstəkarı Niyazi Tağızadənin “Rast simfonik muğamında fraqmentlər” əsərini ifa edib.

 

Sevinc Mirzəlini müsabiqədə konservatoriyanın müəllimi Nərmin isgəndərova müşaiət edib.

 

Qeyd edək ki, Sevinc, AMK-nın müəllimi, Əməkdar müəllim Afət Kazımovanın tələbəsidir.