21-31 oktyabr tarixlərində Türkiyənin Trabzon şəhərində Avropa Komissiyasının Erasmus+ (“Tolerance will win”) proqramı çərçivəsində keçirilən təlimlərdə Azərbaycan Milli Konservatoriyasının (AMK) 3-cü kurs tələbəsi (Milli vokal) Riad Cəbrayılov “İrəli” İctimai Birliyinin 8 nəfərlik gənclərdən ibarət heyətində yer alıb.
Heyətdə əsas musiqiçi üzv olaraq iştirak edən Riad Cəbrayılov Erasmus+ proqramının hazırladığı müxtəlif tədbirlərdə iştirak edib.
Proqram çərçivəsində gənclər, yerli hökumət nümayəndələri ilə görüşüb, Türkiyənin digər şəhərlərində səfərdə olub və incəsənət muzeylərini ziyarət ediblər.
Qeyd edək ki, Riad AMK Tələbə Gənclər Təşkilatının sədridir.