Oktyabrın 1-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi Norveç Krallığının Azərbaycandakı Müvəqqəti işlər vəkili Olav-Nils Thue ilə görüşüb.
Mədəniyyətlər arası əməkdaşlığın inkişafının müzakirə olunduğu görüşdə gələcək birgə fəaliyyətə dair fikir mübadiləsi aparılıb.
AMK-da görülən işlərdən, tədrisin və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, həmçinin qarşıda duran layihələrdən danışan rektor, Xalq artisti S.Kərimi birgə əməkdaşlığın əhəmiyyətinin vacib olduğunu vurğulayıb.
Daha sonra tərəflər AMK-da dərs prosesini izləyiblər.