Azərbaycan Milli Konservatoriyası (AMK) “Ümumi Fortepiano” kafedrasının müəllimi Mahirə Quliyeva 3-6 noyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən “Tessafest -2017” II Beynəlxalq Musiqi Festivalında münsiflər heyətinin üzvü qismində iştirak edib.
Festival, TESSA (Festival komitəsi) və All Over Tours şirkətinin birgə təşkilatçılığı ilə P.I.Çaykovski adın Almatı Musiqi Kollecinin “Böyük zal”ında keçirilib.
M.Quliyeva festival çərçivəsində fortepiano ixtisası üzrə dərslər verib, müxtəlif yaş qrupunda olan müsabiqə iştirkçıları ilə öz təcrübəsini bölüşüb.
Təşkilatçılar tərəfindən AMK-nın müəlliminə Sertifikatlar təqdim olunub və dövlətlər arası mədəni əlaqələrin möhkəmlənməsində xidmətinə görə xüsusi təşəkkür bildirilib.
Qeyd edək ki, bu, M.Quliyevanın sözü gedən layihədə ikinci iştirakıdır və 2018-ci ilnin yanvar ayında Abu Dhabidə keçiriləlcək növbəti festivala da dəvət olunub.