Noyabrın 21-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zal”ında konservatoriyanı bitirən məzunlara diplomların təqdimetmə mərasimi keçirlib.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Elmi işlər üzrə prorektor, professor Lalə Hüseynova, Tədris işləri üzrə prorektor, professor Malik Quliyev və konservatoriyanın digər professor-müəllim heyyəti, tələbələr iştirak ediblər.

 

Rektor, professor S. Kərimi çıxış edərək məzunları təbrik edib, qarşıdakı təhsil və iş həyatında onlara uğurlar arzulayıb. Daha sonra rektorun iştirakı ilə diplomlar sahiblərinə təqdim olunub.