Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaradılmasının 33 illiyinə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: Xalqın iradəsinə söykənən siyasi etimad ünvanı” adlı tədbirdə iştirak ediblər.

Tədbirin rəsmi hissəsində AMK-nın tədris məsələləri üzrə prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nizami Əsədov YAP Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın və rayonun ictimai-siyasi həyatında fəaliyyətinə görə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub.

Tədbirin bədii hissəsi Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə hazırlanıb. Proqramda Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov və İlqar Muradov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Ramil Qasımov və Aygün Qurbanova, Azərbaycan Milli Konservatoriyasının müəllimləri, tanınmış ifaçılar Aytən Məhərrəmova və Prezident təqaüdçüsü Taleh Yahyayev çıxış ediblər.