Yanvarın 17-də Azərbaycan Milli Konservatoriyasında (AMK) 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar AMK nəznində İncəsənət Gimnaziyasının “Təsviri və tətbiqi sənət” şöbəsinin şagirdlərinin əsərlərindən ibarət “Müstəqillik uğrunda” adlı sərgi açılıb.

 

Sərgidə şagirdlərin 20-dən çox yağlı boya və qarışıq texnika janrlarında çəkdikləri hadisə ilə bağlı təsvirlər, xalqın azadlıq mübarizəsini əks etdirən rəsmlər nümayiş lunub.

 

Sərgi, 1 həftə ərzində AMK-nın giriş hissəsində nümayiş olunacaq.

 

Qeyd edək ki, yanvarın 19-da AMK-nın Böyük zalında Ümumxalq Hüzn Gününə həsr edilmiş “Müstəqillik uğrunda” adlı tədbir keçiriləcək.