6 mart 2026-cı il tarixində Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) yaranmasının 20 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının müəllimi, beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev çıxış edib.
Onun ifasında “MughaMix”, “Portrait”, “Colors of Azerbaijan” kompozisiyaları və Azərbaycan bəstəkarlarının əsərləri müasir interpretasiyada təqdim olunaraq bayram konsertinə xüsusi rəng qatıb.(Müşayiətçilər-
(Pərviz Məmmədov, Vəfadar Ramiz)
Azərbaycan Milli Konservatoriyası olaraq əməkdaşlığımızdan məmnun olduğumuz ADA Universitetini yaranmasının 20 illik yubileyi münasibətilə təbrik edirik.




