Azərbaycan Milli Konservatoriyasının Həmkarlar İttifaqı Komitəsinin (AU HİK) sədri Fərdin Məmmədzadə

fardinmahammazada@gmail.com

ORCİD: 0000-0001-6384-7899

Fərdin İlham Məhəmmdəzadə musiqişünas, pianoçu, Azərbaycan Milli konservatoriyasının “Etnomusiqişünaslıq” kafedrasının müəllimi, Tələbə Elmi Cəmiyyətinin rəhbəridir.

Fərdin Məhəmmədzadə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1999-cu ildə Vaqif Mustafazadə adına 2 saylı incəsənət məktəbinin fortepinao sinfinə, 2007-ci ildə isə Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi kollecinin “Nəzəriyyə” şöbəsinə daxil olub. 2011-ci ildə Kolleci fərqlənmə ilə bitirərək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin Musiqişünaslıq ixtisasına daxil olub və 2015-ci ildə oranı musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə AMK-nın muğamşünalıq ixtisasına üzrə magistr pilləsinə daxil omuş və 2017-ci ildə fərqlənmə ilə bitirmişdir. Təhsilinin ilk illərindən müxtəlif Beynəlxalq və Respublika üzrə müsabiqə, konfrans və layihələrdə fəal iştirak edir.

2010-cu ildə keçirilən “Hisslərin harmoniyası” adlı layihədə Diplomla təltif olunmuş, 2012 ci ildə “N.Gəncəvi 870, Niyazi 100, F.Əmirov 90” mövzusunda elan olunmuş “Sərbəst yazı işi” müsabiqəsində II yerə layiq görülmüşdür. Eyni zamanda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan Respublika müsabiqəsində “Heydər Əliyevin Azərbaycanda elm, təhsil, musiqi mədəniyyətinin inkişafında rolu” mövzusuyla çıxış etmişdir. 2014 cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun keçirdiyi “Mədəni Gənc” layihəsində yeganə musiqişünas kimi Sertifikatla təltif olunmuşdur.

Təhsil müddəti boyu ictimai faliyyəti, təhsildə göstərdiyi nəaliyyət və uğurlarına görə “Üzeyir Hacıbəyli” adına xüsusi adlı təqaüdə layiq görülmüşdür.

Mütəmadi olaraq müxtəlif qəzet və jurnallarda elmi və publisistik məqalələrlə, həmçinin Mədəniyyət, İctimai kanallarda musiqiyə, muğama dair çıxışlar edir.

Musiqişünaslıq fəaliyyəti ilə paralel olaraq pinoçu kimi də Azərbaycanda və bir sıra ölkələrdə konsert proqramları ilə çıxışlar edir.

2016-cı ildən Azərbaycan Televiziyası – Mədəniyyət kanalında “Musiqi və əyləncəli proqramlar” redaksiyasında musiqi redaktoru kimi, 2017-ci ildən isə AMK-da “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb. Hazırda isə 2021-ci ildən AMK-nın “Etnomusiqişünaslıq” kafedrasının müəllimidir.