Martın 15-də Azərbaycan Milli Konservatroyası və Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə konservatoriyanın böyük zalında tədbir keçirilib.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev, konservatoriyanın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Tədbirdə açılış nitqi söyləyən rektor S. Kərimi qonaqları salamlayıb və onları konservatoriyada görməkdən məmnunluğunu dilə gətirib.

 

Daha sonra Qazaxsıtan Respublikasının Xalq artistləri , bəstəkar Toleqen Muhammedcanov və tanınmış opera ifaçısı Nurcamal Usenbayeva tədbirdə konsert proqramı ilə çıxış ediblər. N. Usenbayevanın ifasında Qazaxıstan bəstəkarlarının əsərləri səslənib. Xalq artistini fortepianoda AMK-nın müəllimi Svetlana Əhmədova müşaiət edib.

 

T. Muhammedcanov da öz növbəsində çıxış edərək həyat və yaradıcılıq yolundan danışıb. Xalq artisti müəllifi olduğu bir neçə əsəri konsert dinləyicilərinə təqdim edib.

 

Sonda Qazaxıstanlı qonaqlar rektor S. Kərimiyə hədiyyələr təqdim ediblər.