06 mart 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasında Tələbə Elmi Cəmiyyətinin Kreativ komandasının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadın gülərsə” adlı konsert proqramı keçirilib.
Tədbirin aparıcısı Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq məsələləri üzrə mütəxəssisi, Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Bağır olub.
Proqramda Azərbaycan xalq musiqisindən, milli və xarici bəstəkar yaradıcılığından qadın obrazına və ana mövzusuna həsr olunmuş nümunələr səsləndirilib.
Tədbir Hüseyn Cavidin “Şərq qadını” əsərinin qiraəti ilə başlanıb. Zeynəb Bağırın qiraəti kamançada Reza Mohammedi tərəfindən müşayiət olunub.
Konsert proqramının bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının əməkdaşları, Respublika və Beynəlxalq müsabiqələr laureatları – Rəhimə Qurbanova, Tamara Nəhmədova, Zərrin Muradova, eləcə də məzun və tələbələr – Reza Mohammedi, Cəlal Səmədov, Ləman Mustafayeva, Rauf Cəfərov, Leyla Mehdiyeva, Ramil Abbasov, Turan Səfərova, Seymur Mikayılov, Firuz Əliyev, Nicat Quliyev, Rəsul Hacızadə, Murad İsalı, Vüqar Nəcəfov çıxış ediblər. Proqramda həmçinin Əməkdar artist Şölə Səfərəliyeva və onun tələbələri də iştirak ediblər.
Sonda Azərbaycan Milli Konservatoriyasının Tədris işləri üzrə prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nizami Əsədov çıxış edərək Konservatoriyanın xanım əməkdaşları və tələbələrini bayram münasibətilə təbrik edib.

