Martın 7-də Azərbaycan Milli Konservatoriyasında (AMK) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

 

AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi Ali məktəbin xanım əməkdaşlarını Beynəlxalq Qadınlar Günü  münasibətilə təbrik edib və ürək sözlərini çatdırıb.

 

Tədbir zamanı rektor S. Kərimi,  xanımları təbrik üçün royal arxasına keçib və AMK-nın “Milli vokal” kafedrasının müdiri, Xalq artisti Azər Zeynalovla birgə bir neçə əsər səsləndiriblər.

 

Sonda AMK-nın bir qrup xanım əməkdaşlarına hədiyyələr təqdim edilib.