Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir.
Tələbə adını qazanmış şəxslər 2021-ci il sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi
- Diplom (qiymət vərəqəsi ilə birgə), Atestat
- Fotoşəkil (3×4) 6 ədəd
- Tibbi arayış (Forma 086)
- Yaşayış yerindən arayış
- İmtiyazlı şəxslər, buna dair sənəd
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Online qeydiyyatla bağlı çətinilkləri olan şəxslər üçün Qeydiyyat mərkəzləri yaradılmışdır.
Aşağıdakı təsvirdə ünvanların siyahısı ilə tanış ola bilərsiniz.