Mayın 17-də Azərbaycan Milli Konservatoriyasının (AMK) böyük zalında ali məktəbin müəllimləri Arzu Ələsgərli və Aysel Şahbazlının “Ad libitum” adlı fortepiano konserti keçirilib.
Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Geniş bədii hissəli kosnertdə ifaçılar müxtəlif janrlara müraciət edərək görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər. Təqdim olunan konsert proqramı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda çıxış edən rektor Siyavuş Kərimi hər iki xanım ifaçını təbrik edərək, maraqlı konsert izlədiyini bildirib və onlara uğurlar arzulayıb.
Qeyd edəki, Arzu və Aysel, AMK “Xalq çalğı alətləri” kafedrasının müəllimləridi və bu konsert onların təqdim etdiyi ilk geniş fortepiano kosnertidir.