27 oktyabr 2026 cı il tarixində Azərbaycan Milli Konservatoriyasının “Bakı” zalında Elm, yaradıcılıq və beynəlxalq əlaqələr mərkəzinin baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarovanın “ORCID və onun elmi platforma üçün əhəmiyyəti” mövzusunda elmi seminarı keçirilib.

Konservatoriyanın professor-müəllim və tələbə heyətinin iştirak etdiyi seminarda Humay Fərəcova-Cabbarova müasir elmi fəaliyyətdə mühüm əhəmiyyət daşıyan ORCID sistemi, onun imkanları və tədqiqatçıların elmi fəaliyyətinin beynəlxalq akademik mühitdə əks etdirilməsindəki rolu barədə ətraflı məlumat verib. Məruzəçi ORCID profilinin yaradılması, qeydiyyat və istifadə qaydaları, elmi nəşrlərin vahid rəqəmsal profildə əks etdirilməsi və sistemin tədqiqatçılara təqdim etdiyi üstünlükləri praktiki nümunələrlə izah edib.

İştirakçıların marağına səbəb olan seminarın sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.