Oktyabrın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan Şəhəri Günü münasibətilə keçirilən konsert proqramında Azərbaycan Milli Konservatoriyasının müəllimləri çıxış ediblər.

Konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri – “İnstrumental muğam” kafedrasının dosenti Elnur Əhmədov (kamança), “Xalq çalğı alətləri” kafedrasının baş müəllimi Şəhriyar İmanov (tar), həmçinin “Qaya” musiqi qrupunun tərkibində “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müəllimi, Əməkdar artist Şölə Səfərəliyeva öz ifalarını təqdim ediblər.