Oktyabrın 22-də Hüseyn Cavidin Ev-Muzeyində qısa ömür sürməsinə baxmayaraq, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus iz qoymuş istedadlı bəstəkar, musiqişünas və folklor tədqiqatçısı Ərtoğrol Cavidin anadan olmasının 107-ci ildönümünə həsr olunmuş “Susmayan səs – Ərtoğrol Cavid” adlı tədbirin bədii hissəsi Azərbaycan Milli Konservatoriyası tərəfindən təqdim olunub.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının “Fortepiano” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Naibə Şahməmmədova, I kurs tələbəsi Aytac Həsənli və konservatoriyanın məzunu, IX Muğam Televiziya Müsabiqəsinin laureatı Kənan Dəva Ərtoğrol Cavidin, Ramiz Mirişlinin və Fikrət Əmirovun əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları Hüseyn Cavidin Ev-Muzeyinin zəngin ekspozisiyası və sərgisi ilə tanış olublar.




